“Rusiya bu gün öz gələcəyi uğrunda mübarizə aparır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi ali məktəblərin məzunları ilə görüşündə deyib.
Putin qeyd edib ki, dünyada mövcud vəziyyət dinamik şəkildə dəyişir, Yaxın Şərqdə vəziyyət daha da pisləşib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişəyə regiondankənar qüvvələr cəlb olunur.
Putin deyib ki, NATO qlobal hərbiləşməni və silahlanma yarışını təhrik edir:
"Rusiyanın düşmənləri əsasən münaqişənin birbaşa iştirakçıları kimi Kiyevə silah və pul göndərməkdə davam edir. Rusiya təhlükəsizliyin möhkəmləndirilməsi və silahlı qüvvələrin inkişafı üçün adekvat tədbirlər görəcək".