• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Liverpul"un futbolçusu "Napoli" ilə ilkin razılıq əldə edib

İDMAN

23 Iyun 2025 | 18:20 | Müəllif: Subhan Mahmudov

"Liverpul"un futbolçusu "Napoli" ilə ilkin razılıq əldə edib

İngiltərənin "Liverpul" klubunda çıxış edən Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu "Napoli" ilə ilkin razılıq əldə edib.

O, baş məşqçi Antonio Kontenin rəhbərliyi altında çıxış etmək istədiyini bildirib.

Əsas məsələ A Seriyası çempionunun Mersisayd təmsilçisi ilə anlaşmasıdır. "Liverpul" Nunyesin transferindən əhəmiyyətli məbləğ qazanmağı hədəfləyir.

Qeyd edək ki, Darvin Nunyes ötən mövsüm 47 oyunda 7 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026