Azərbaycan Premyer Liqası təmsilçiləri "Sumqayıt"la "İmişli" bu gün yoxlama matçında münasibətlərini aydınlaşdıracaqlar.
Bakıvaxtı.az Sumqayıt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qarşılaşmaya saat 18:30-da start veriləcək.