İrana hücum BMT Nizamnaməsini pozulmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib.
“Bu, ABŞ ilə danışıqları pozmaq məqsədilə İranın ərazilərinə açıq təcavüzdür. İran 2025-ci il iyunun 13-də açıq təcavüzə məruz qalıb və bir neçə komandir şəhid olub, lakin dərhal onların yerinə yeni təyinat həyata keçirilib. İranın cavabı isə özünümüdafiədir ki, bu da beynəlxalq hüquqa tam uyğundur”.