İranda AEBA-nın baş direktoru Rafael Qrossini İrana hücumlara şərik hesab edirlər.
Bakıvaxtı.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında R.Qrossinin rəsmi Tehranın nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil olmadığı barədə bəyanatının gecikmiş olduğunu deyib:
“AEBA-nın baş direktoru Rafael Qrossi təəssüf ki, İsrailin təcavüzündən sonra gecikmiş şəkildə bəyan etdi ki, İranın sistematik şəkildə nüvə silahı əldə etmək üçün səylərinə dair heç bir dəlil yoxdur. Cənab Qrossi yanlış məlumat təqdim etməklə bu sistemə xəyanət edib və bu təcavüzə şərik hesab olunur”.