• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Kreml: “Hər şey İranın nəyə ehtiyacı olacağından asılıdır”

DÜNYA

23 Iyun 2025 | 13:56

Kreml: “Hər şey İranın nəyə ehtiyacı olacağından asılıdır”

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ilə İran arasında münasibətlərə dair diqqətçəkən açıqlama verib.

Bakıvaxtı.az-ın məlumatına görə, o bildirib ki, Moskvanın Tehrana dəstəyi İranın ehtiyaclarından asılı olaraq formalaşacaq.

“Hər şey İranın nəyə ehtiyacı olacağından asılıdır. Biz vasitəçilik təklif etdik. Bu da bir növ dəstək formasıdır. Amma gələcəkdə dəstəyin hansı şəkildə davam edəcəyi İranın konkret ehtiyacları ilə müəyyən olunacaq,” – deyə Peskov vurğulayıb.

Bu açıqlama, İranla İsrail arasında gərginliyin artdığı bir vaxtda, beynəlxalq aləmin diqqətini cəlb edən Rusiya–İran əlaqələrinin istiqamətinə dair yeni suallar yaradıb. Kremlin sözçüsünün vurğuladığı "vasitəçilik" təklifi Moskvanın regional sabitlikdə öz rolunu qoruyub saxlamaq niyyətini göstərir.

Əli Hüseynov


SON XƏBƏRLƏR