• Bakı 20° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Qobustanda iki maşın toqquşdu - xəsarət alan var

HADİSƏ

24 May 2025 | 09:16

Qobustanda iki maşın toqquşdu - xəsarət alan var

Qobustanda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FOTON" markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "FOTON" markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR

23 May 2025