• Bakı 22° C

    15.63 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Hacıqabulda baş verən qəza böyük tıxaca səbəb olub 

HADİSƏ

22 Iyun 2025 | 00:15

Hacıqabulda baş verən qəza böyük tıxaca səbəb olub 

Bakı-Qazax yolunda baş vermiş qəza yolda böyük tıxaca səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan metal boru yüklü “VOLVO” markalı TIR-ın aşması nəticəsində magistralda kilometrlərlə tıxac yaranıb.

19.00 radələrində baş verən qəza zamanı 3 saata qədər tıxac müşahidə edilib. Qəzanın fəsadları 22.30 radələrində aradan qaldırılıb.

Qeyd edək ki, qəza zamanı yük avtomobilinin sürücüsü Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

21 Iyun 2025