• Bakı 25° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Balaxanıda quldurluq edən şəxsə hökm oxunub

HADİSƏ

21 Iyul 2025 | 12:41

Balaxanıda quldurluq edən şəxsə hökm oxunub

Balaxanı qəsəbəsində qadının evinə daxil olaraq quldurluq etməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxs və vəkili onun xəstə olmasının nəzərə alınmasını xahiş edib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Cavidan Əhmədli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Balaxanı qəsəbəsində baş verib. İttihama görə, Cavidan Əhmədli qeyri-rəsmi nikahda olduğu Südabə Vəliyevanın qohumu Solmaz Mirzəyevanın evinə içkili vəziyyətdə basqın edib. O, bıçaqla zərəçəkəni hədələyərək pul və zinət əşyalarını oğurlayıb.

    Cavidan Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (mənzilə qanunsuz daxil olmaqla törədildikdə), 181.2.4 (xeyli miqdarda əmlak ələ keçirilməklə törədildikdə) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR