• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yevlaxda qəza - sürücü öldü

HADİSƏ

20 Avqust 2025 | 10:03

Yevlaxda qəza - sürücü öldü

Yevlaxda kran-drezinlə toqquşan avtomobilin sürücüsü ölüb.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 12-də 1971-ci il təvəllüdlü Quliyev Fərman Süleyman oğlu idarə etdiyi “Mecane” markalı avtomobillə Yevlax-Bərdə dəmir yolu xəttinin 22-ci kilometrliyi piket 8-də dəmir yolu xəttinin üzərində kran-drezinlə toqquşub.

Sürücü Bərdə şəhər diaqnostika mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı Yevlax stansiyası xətt polis şöbəsinin istintaq və təhqiqat qrupunda cinayət işi başlanaraq istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026