• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Evə kişi geyimində girib 45 min oğurlayan qadın tutuldu

HADİSƏ

18 Sentyabr 2025 | 13:07 | Müəllif: Gülşən Şərif

Evə kişi geyimində girib 45 min oğurlayan qadın tutuldu

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat pul oğurlayan qadın saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR