• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Dövlət sərhədini pozmağa cəhd göstərildi -  saxlanılanlar var

HADİSƏ

20 Avqust 2025 | 12:17

Dövlət sərhədini pozmağa cəhd göstərildi -  saxlanılanlar var

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş vətəndaşları saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Gürcüstan istiqamətində iki nəfər Banqladeş vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


SON XƏBƏRLƏR

19 Avqust 2025