• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

İspaniya istidən "bişir" - Ölənlərin sayı artır

DÜNYA

20 Avqust 2025 | 08:33

İspaniya istidən bişir - Ölənlərin sayı artır

İspaniyada isti hava şəraiti davam edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, mayın 15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər - avqustun 3-dən 18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəri isə kişidir.

 

 


SON XƏBƏRLƏR

19 Avqust 2025