• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə VETO QOYDU

DÜNYA

19 Sentyabr 2025 | 00:02

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə VETO QOYDU

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzzada dərhal və daimi atəşkəsin tələb olunduğu qətnaməyə veto qoyub.

Bakıvaxtı.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Cümə axşamı ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza sektorunda dərhal, qeyd-şərtsiz və daimi atəşkəsin, eləcə də İsrailin Fələstin anklavına humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub", – deyə məqalədə bildirilir.

Qeyd olunur ki, qətnamənin lehinə 14 üzv səs verib. Bu, İsrail ilə HƏMAS arasında, demək olar ki, iki ildir, davam edən müharibə ilə bağlı ABŞ-nin Təhlükəsizlik Şurasında altıncı dəfə veto tətbiq etməsi olub.


SON XƏBƏRLƏR

18 Sentyabr 2025