Vladimir Putinlə Əhməd əş-Şaranın görüşü lazımlı bir dialoq idi. Həqiqi dövlət adamlarında belə xüsusiyyət olur. Mübahisə edərkən belə, danışa bilirlər. Əhməd əş-Şara və onun dostları Rusiyanın Əsədi dəstəklədiyi vaxt əks cəbhələrdə döyüşürdülər. Rusiya isə yeni reallığı qəbul etdi və “gəlin, danışaq” dedi.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Şara da “Siz artıq həyatın bir gerçəyisiniz, Rusiya böyük bir dövlətdir” deyərək gedib, danışdı.
Şaranın bu mövzuda məsuliyyətli davrandığını düşünürəm. Bizim öz aramızda məsləhətləşmələrimiz olur. Biz də min illərə dayanan dövlət təcrübəmizi paylaşmağa çalışırıq.
Burada Rusiyanın davranışını da, Suriyanın ortaya qoyduğu mövqeyi də təqdir edirəm. Əsas məsələ dialoq qapısını açmaqdır.
Suriya ilə hər cür şəkildə təmas halındayıq. Saatlarla davam edən görüşlər keçiririk. Dünən uzun bir telefon danışığımız oldu. İzlədiyimiz bir neçə vacib məsələ var idi. Dostlarımız, nazirlərimiz, dövlət qurum və təşkilatlarımız daima əlaqə saxlayırlar”, - deyə Fidan bildirib./Axar.az