• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Rusiyadan Ukraynaya kütləvi dron hücumu - xeyli insan...

DÜNYA

20 Avqust 2025 | 10:35

Rusiyadan Ukraynaya kütləvi dron hücumu - xeyli insan...

Avqustun 20-nə keçən gecə Rusiya ordusu Rusiyanın Sumı vilayətinin Axtırka şəhərinə kütləvi dron hücumu edib.

    Bakıvaxtı.az Ukrayna mediasına i istinadən xəbər verir ki, hücum nəticəsində 10-dan çox insan yaralanıb, onların arasında iki uşaq da var.

    Bundan əlavə, onlarla “Shahed” tipli kamikadze dronu Odessanın İzmail rayonuna hücum edib. Burada mülki obyektlərə ziyan dəyib, bir nəfər yaralanıb.

    “Hava hücumundan müdafiə qüvvələrinin fəal işləməsinə baxmayaraq, təəssüf ki, bəzi dronlar hədəfə çatıb. Hücum nəticəsində liman infrastrukturuna ziyan dəyib, yanğınlar baş verib”, – deyə administrasiyadan bildirilib.

    Hücum nəticəsində istehsalat obyektlərinə də ziyan dəyib. İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb.

    Regionun Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində yanacaq-enerji infrastrukturunda genişmiqyaslı yanğın baş verib.


    SON XƏBƏRLƏR

    19 Avqust 2025