• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kamçatkada güclü zəlzələ oldu

DÜNYA

19 Sentyabr 2025 | 09:47 | Müəllif: Əli Hüseynov

Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın şərqindəki Kamçatka yarımadasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki,  ABŞ Geoloji Xidməti episentrin Petropavlovsk-Kamçatski şəhərindən 128 kilometr şərqdə, 10 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Vilayətin qubernatoru Vladimir Solodov yarımadanın şərq sahilində sunami təhlükəsi elan edildiyini bildirib.

Onun sözlərinə görə, sosial obyektlər və yaşayış evləri yoxlanılıb, ciddi dağıntı və tələfat aşkarlanmayıb.

Qeyd edək ki, regionda son aylarda 8,8 və 7,4 bal gücündə güclü zəlzələlər də baş verib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026