• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

ABŞ: HƏMAS Qəzzada atəşkəsi poza bilər

DÜNYA

19 Oktyabr 2025 | 08:33

ABŞ: HƏMAS Qəzzada atəşkəsi poza bilər

ABŞ Qəzzada sülh razılaşmalarına zəmanətçi dövlətləri atəşkəsin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən pozula biləcəyi barədə xəbərdar edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ABŞ-nin atəşkəsin HƏMAS tərəfindən pozulacağını göstərən etibarlı kəşfiyyat məlumatları var. ABŞ-nin mövqeyinə görə, Fələstin əhalisinə qarşı planlaşdırılmış hücum atəşkəsin birbaşa və ciddi şəkildə pozulmasını təşkil edəcək və əhəmiyyətli irəliləyişə zərbə vuracaq". "Zəmanətçi dövlətlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamentindən bildirilib.

"HƏMAS bu hücumu həyata keçirsə, Qəzza xalqının müdafiəsi və atəşkəsi qorumaq üçün tədbirlər görüləcək", - bəyanatda əlavə edilib. Dövlət Departamenti qeyd edib ki, zəmanətçi dövlətlər mülki əhalinin təhlükəsizliyini təmin etməyə, sakitliyə dəstək verməyə, sülhü qorumağa, Qəzzada və bütün regionda insanlar üçün sülh və firavanlığı təşviq etməyə sadiq olduqlarını bildiriblər.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025