Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində şəhid ailələri, qazilər və onların yaxınları ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, o, çıxışında Türkiyənin bölgədə tarix boyunca mövcud olduğunu vurğulayaraq deyib:
“Biz bu bölgədə qonaq deyilik, ev sahibiyik”.
Ərdoğan şəhidlərin və qazilərin əziz miras olduğunu, dövlətin onların yanında olacağını qeyd edib.
O, Qəzzada baş verən hücumları pisləyərək qeyd edib:
“Heç kim bizə tarix dərsi verə bilməz”.
Prezident həmçinin şəhid ailələri və qazilərin dövlət sektorunda yerləşdirilməsi üçün püşkatma mərasiminin təşkil olunduğunu bildirib.
Əli Hüseynov