• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

CƏMİYYƏT

20 Avqust 2025 | 11:28

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

Milli Texnologiya Hərəkatı vizyonunun dənizlərdəki əksi olan “Mavi Vətən” mövzusu ilə təşkil ediləcək TEKNOFEST Mavi Vatan üçün ziyarətçi qeydiyyatı başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 30-31 avqust tarixlərində İstanbul Tersanesi Komutanlığında keçiriləcək tədbir dənizçilik mədəniyyətini yaxından kəşf etmək imkanı yaradacaq. İştirak tamamilə pulsuzdur! Qatılmaq üçün sadəcə onlayn qeydiyyatdan keçmək kifayətdir.

Tədbir haqqında

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, qurudan sonra indi də dənizlərə yönəlir. “Mavi Vətən” konsepti ilə keçiriləcək bu tədbir texnologiya və müdafiə sənayesi həvəskarlarını bir araya gətirərək Türkiyənin dənizlərdəki gücünü və qabaqcıl texnoloji imkanlarını nümayiş etdirəcək.

Yarışmalar və sərgilər

Mavi Vətən çərçivəsində dənizçilik və sualtı texnologiyalarına fokuslanan bir sıra yarışlar keçiriləcək:

  • İnsansız Sualtı Sistemləri Yarışı

  • Sualtı Raket Yarışı

  • İnsansız Dəniz Vasitəsi Yarışı

Bundan əlavə, ziyarətçilər Türk Donanmasının ən mühüm gəmilərini yaxından görə biləcəklər: TCG Anadolu, TCG İstanbul, TCG Burgazada, TCG Oruçreis, TCG Nusret, TCG Sakarya və TCG Hızırreis.

Xüsusi proqramlar

Tədbirdə həmçinin:

  • Dənizçilik mədəniyyətini yaşadan yarışmalar,

  • Virtual reallıq eynəkləri ilə interaktiv oyun sahələri,

  • SAT və SAS Komandanlığı tərəfindən nümayişlər,

  • “Mavi Vətən Zaman Tuneli” sərgisi,

  • Müxtəlif konfrans və sərgilər iştirakçılara unudulmaz anlar yaşadacaq.

  • Ziyarətçi qaydaları

  • Tədbirə giriş yalnız onlayn qeydiyyatla mümkündür.

  • İştirakçı sayı məhdud olduğundan hər ziyarətçi üçün ayrıca bilet tələb olunur.

  • 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur.

  • Ziyarət saatları: 09:00 – 18:00

  • Gün ərzində üç seans keçiriləcək:

    1. Seans – 09:00-12:00

    2. Seans – 12:00-15:00

    3. Seans – 15:00-18:00

  • Hər ziyarətçi yalnız bir seans üçün giriş hüququna malikdir.

Bundan başqa, T3 Vəqfi və TEKNOFEST iştirakçısı olan startapçılar tərəfindən hazırlanan yerli sosial media platforması “Next Sosial” istifadəçiləri, qeydiyyat zamanı telefon nömrəsi və ya e-poçt ünvanı uyğun gəldiyi halda üstünlüklü giriş hüququ əldə edəcəklər.

Daha ətraflı məlumat və qeydiyyat üçün: 👉 www.teknofest.org


SON XƏBƏRLƏR

19 Avqust 2025