• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Böyük Britaniyada inflyasiya rekord səviyyəyə çatıb

DÜNYA

20 Avqust 2025 | 13:12

Böyük Britaniyada inflyasiya rekord səviyyəyə çatıb

İyulda Böyük Britaniyada inflyasiya son 18 ayda ən yüksək səviyyəyə çataraq 3,6 %-dən 3,8 %-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.

Böyük Britaniyanın xidmət sektorunda inflyasiya bir ay əvvəlki 4,7 %-dən 5 %-ə çatıb.

"İqtisadiyyat yüksək inflyasiya və zəif artım dövrü yaşayır. Bu vəziyyət gələn yaza qədər davam edə bilər", - “Deloitte”nin baş iqtisadçısı İen Stüart bildirib.

İngiltərə Bankı sentyabrda Böyük Britaniyada inflyasiyanın 4 %-ə çatacağını gözləyir ki, bu da hədəf göstəricisindən iki dəfə çox olacaq və 2027-ci ilin ortalarına qədər 2 %-dən yuxarı səviyyədə qalacaq.


SON XƏBƏRLƏR