• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Ukrayna müharibəsi: Daha bir azərbaycanlı öldü - FOTO

DÜNYA

20 Avqust 2025 | 13:38

Ukrayna müharibəsi: Daha bir azərbaycanlı öldü - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

Bakıvaxtı.az Unikal.az-a istinadən xəbər verir ki, Rusiya tərəfindən döyüşlərdə iştirak edən 1986-cı il təvəllüdlü Ruslan Camalov dünyasını dəyişib.

R.Camalovun nəşi ölkəyə gətirilərək Lənkəran rayon Daşdatük kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, R.Camalov yaxınları tərəfindən səkkiz ay idi axtarılırdı. Yaxınlarının verdiyi məlumata görə, R.Camalov Donetskdə gedən döyüşlərdə itkin düşmüşdü.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin azərbaycanəsilli hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il mayın 3-də Volçanskda - Xarkov ərazisində həlak olmuşdu.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu


SON XƏBƏRLƏR