• Bakı 25° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

"Araz-Naxçıvan" - "Zirə" matçında qalib müəyyənləşmədi

İDMAN

20 Avqust 2025 | 00:39

Araz-Naxçıvan - Zirə matçında qalib müəyyənləşmədi

Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 45+1-ci dəqiqədə meydan sahibləri açıblar. İssa Cibrilla dəqiq zərbə müəllifi olub. Yekun hesabı isə 65-ci dəqiqədə fərqlənən Bəxtiyar Həsənalızadə müəyyən edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i 3:0, "Turan Tovuz" "İmişli"ni 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Şamaxı" və "Karvan-Yevlax" - "Qəbələ" matçlarında heç-heçə (1:1 )qeydə alınıb. "Sabah" - "Qarabağ" matçı isə təxirə salınıb.


SON XƏBƏRLƏR

19 Avqust 2025