• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” UEFA reytinqində irəlilədi

İDMAN

17 Sentyabr 2025 | 22:15 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” UEFA reytinqində irəlilədi

"Qarabağ” UEFA-nın reytinqində irəliləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub. 

Siyahı qurumun saytında yayımlanıb.

Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.

Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026