• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

"Kəpəz" mövsümdə ilk qələbəsini qazandı

İDMAN

17 Oktyabr 2025 | 16:38

Kəpəz mövsümdə ilk qələbəsini qazandı

"Kəpəz" komandası cari mövsüm Misli Premyer Liqasında ilk qələbəsini qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda "Şamaxı" ilə üz-üzə gəlib.

Qarşılaşma "sarı-göylər"in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində 34 və 39-cu dəqiqələrdə Fərid Nəbiyev, 67 və 85-ci dəqiqələrdə Luis Paçu fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran "Kəpəz" sonuncu - 12-ci pillədə qərarlaşıb. "Şamaxı" 9 xalla yeddincidir.

Günün ikinci matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025