• Bakı 15° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

DÇ-2026: Millimiz Fransa ilə qarşılaşacaq

İDMAN

16 Noyabr 2025 | 09:41

DÇ-2026: Millimiz Fransa ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.


SON XƏBƏRLƏR

15 Noyabr 2025