Türkiyə Superliqasının nəhəngi "Qalatasaray" qış transfer pəncərəsi ərəfəsində heyətini yenidən formalaşdırmağa hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, "sarı-qırmızılar"ın yanvar ayında forma geyinmək şansı qazanmaqda çətinlik çəkən Yusuf Demir, Ahmed Kutucu və Berkan Kutlu ilə yollarını ayıracağı gözlənilir.
Məlumata görə, bu ayrılıqlar fonunda klubun transfer pəncərəsində əsas hədəfi məhz orta sahəni gücləndirməkdir. Məlumata görə, Okan Buruk rəhbərlikdən xüsusilə "6 nömrə" mövqeyində oynayan, müdafiə keyfiyyətləri yüksək olan futbolçunun transfer edilməsini tələb edib.
Bakı 



