• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Real"ın məşqçilər heyəti müəyyənləşdi

İDMAN

13 Yanvar 2026 | 22:12 | Müəllif: Subhan Mahmudov

"Real"ın məşqçilər heyəti müəyyənləşdi

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xulian Karmona, Kevin Kardeyro və Rikardo da Silva Arbeloanın köməkçi məşqçiləri təyin olunublar. Onların hər biri, o cümlədən fiziki hazırlıq üzrə mütəxəssis olan Rikardo da Silva "Kastilya"da baş məşqçi ilə birgə işləyib. Texniki analitik vəzifəsi isə yenə gənclər komandasından gələn Frensis Sançesə tapşırılıb.

Qeyd edək ki, "kral klubu"nda diqqətçəkən digər geri dönüş də yaşanıb. Belə ki, Antonio Pintus yenidən komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə qayıdıb. Qapıçıların hazırlığı isə Luis Llopisə həvalə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026