• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Konte iki oyunluq diskvalifikasiya edildi

İDMAN

13 Yanvar 2026 | 21:00 | Müəllif: Subhan Mahmudov

Konte iki oyunluq diskvalifikasiya edildi

"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında iki oyunluq diskvalifikasiya edilib.

Bakıvaxtı.az "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, buna 56 yaşlı mütəxəssisin İtaliya çempionatının XX turunda "İnter"ə qarşı keçirilən matçda etdiyi aqressiv hərəkətlər səbəb olub.

O, sözügedən matçda komandasının qapısına penalti təyin olunduqdan sonra su şüşəsini təpikləyib və qarşılaşmanın dördüncü hakiminə aqressiv şəkildə qışqırıb. Bu davranışlardan sonra Konte qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, Antonio Konte komandasının "Parma" və "Sassuolo" ilə matçlarını tribunadan izləməli olacaq.

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 39 xalla üçüncü sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026