• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Dörd boksçusumuz Avropa çempionatının finalında mübarizə aparacaq

İDMAN

15 Dekabr 2025 | 22:20

Dörd boksçusumuz Avropa çempionatının finalında mübarizə aparacaq

Almaniyanın Kinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan dörd idmançısının hər biri finala yüksəlib.

Gülər Hüseynova (48 kq) Serana Mali (İngiltərə) ilə üz-üzə gəlib. Boksçumuz inamlı çıxış sayəsində rəqibini məğlub edib. O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.

Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundda rəqibindən güclü olub. Rəhimov qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) gücünü yoxlayacaq.

Şahin Aslanov (60 kq) da adını finala yazdırıb. O, Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılıb. Boksçumuzun finalda rəqibi Frenki Smit (İngiltərə) olacaq.

Şükür Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvümüz qalib elan olunub. O, finalda Maykl Mauqanı (İngiltərə) sınağa çəkəcək.

Qeyd edək ki, həlledici döyüşlər dekabrın 17-də keçiriləcək.


SON XƏBƏRLƏR

15 Dekabr 2025