• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Azərbaycan çempionatları tarixinin 6000-ci oyunu keçirilib

İDMAN

15 Dekabr 2025 | 18:19

Azərbaycan çempionatları tarixinin 6000-ci oyunu keçirilib

Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

Bakıvaxtı.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.


SON XƏBƏRLƏR