Misli Premyer Liqasının 15-ci turu çərçivəsində növbəti qarşılaşma baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, “İmişli” - “Karvan-Yevlax” matçında qalib müəyyənləşməyib. Belə ki, tərəflər hərəyə bir qol vurmaqla 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.
Hesabı oyunun 29-cu dəqiqədə “İmişli” komandası açıb. Dioqo Almeyda dəqiq zərbə ilə komandasını önə çıxarıb - 1:0. "İmişli"nin qələbə sevinci 10 dəqiqə çəkib. 39-cu dəqiqədə “Karvan-Yevlax”ın üzvü Vadim Abdullayev fərqlənib - 1:1.
İkinci hissədə də hesab dəyişməyib və tərəflər 1:1 hesablı sülhə razılışıblar.
Bakı 



