• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycanlı basketbolçu klubu üçün sponsor axtarır

İDMAN

16 Noyabr 2025 | 12:07

Azərbaycanlı basketbolçu klubu üçün sponsor axtarır

"Quba" basketbol komandasının kapitanı Zaur Paşayev klub üçün sponsor axtarır.

Bakıvaxtı.az xəbər verir ki, 42 yaşlı təcrübəli oyunçu bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Z. Paşayev komandaya daha çox dəstək olmaq istədiyini bildirib:

"Azərbaycan Basketbol Liqası (ABL) yüksək səviyyədə gedir. Belə çempionat demək olar ki, ölkə tarixində olmayıb. ABL-i 10, 2-ci liqanı 6 komanda etsələr, lap yaxşı olar. Çünki daha maraqlı alınacaq. Bir az da, sponsorlar axtarırıq. Özüm də sponsor axtarıram ki, komandaya dəstək olsun. Azərbaycan Basketbol Federasiyası da əlindən gələni edir. "Quba" federasiya tərəfindən maliyyələşir. Sponsor da tapsaq, lap əla olar. Bütün komandalar B qrupunda lider olmaq istəyir, biz də həmçinin".


SON XƏBƏRLƏR

15 Noyabr 2025