“Çelsi”nin ulduzu Koul Palmer “Qarabağ”a qarşı Çempionlar Liqasının Liqa mərhələsini 4-cü turunda keçiriləcək matçda iştirak edə bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
O bildirib ki, zədələnən K.Palmer 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Çelsi” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağıdır. Komandalar arasındakı oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.