“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.
Bakıvaxtı.az Sport1.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.
Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur.
Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.
Qeyd edək ki, bir müddət öncə mediada Q.Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli isə başqadır. Belə ki, “Şəfa” klubu Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib, geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.