İtaliyanın "İnter" klubu futbolçusu Federiko Dimarkonun müqaviləsinin müddətini uzatmaq istəyir.
Bakıvaxıt.az yerli mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı müdafiəçini komandada saxlamaq niyyətindədir.
İtaliyalı oyunçu ilə İngiltərə və Avropanın bir neçə klubu maraqlanır.
Onun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Federiko Dimarko cari mövsüm "İnter"də 8 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.