• Bakı 17° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

"Fənərbağça" xal itirdi

İDMAN

17 Sentyabr 2025 | 23:48

Fənərbağça xal itirdi

Türkiyə Superliqasının birinci turundan təxirə salınmış "Fənərbağça" - "Alanyaspor" matçı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma sülhlə başa çatıb - 2:2.

Görüşdə iki xal itirən İstanbul təmsilçisi azarkeşlərini məyus edib. Matçda hesabı qonaqlardan İbrahim Kaya açıb.

Nelson Semedo və Yusif En-Nesri fərqlənərək "Fənərbağça"nı hesabda önə keçiriblər. Buna baxmayaraq, Yusuf Özdemir son dəqiqələrdə qol vuraraq, ev sahiblərinin qələbə qazanmalarına imkan verməyib.

Qeyd edək ki, Taliska penaltidən fərqlənə bilməyib.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025