Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun döyüş itkiləri barədə yeni məlumat açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, müharibə başlayandan bu günədək Rusiyanın itkiləri 1 milyon 72 min 700 nəfərə çatıb.
Son sutka ərzində isə Rus ordusu daha 920 hərbçisini itirib.
Bundan əlavə, rəsmi Moskva indiyədək 11 min 119 tank, 23 min 152 zirehli döyüş maşını, 31 min 748 artilleriya sistemi və onlarla digər hərbi texnika itirib.
Ukrayna tərəfi bildirir ki, müharibə gedişində düşmənin hərbi potensialına ciddi zərbələr endirilməkdə davam edilir.
Əli Hüseynov