• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşdı

İDMAN

20 Avqust 2025 | 09:50

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşdı

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub.

"Köhlən atlar" ölkənin aktivinə daha 0,500 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır.

Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.


SON XƏBƏRLƏR

19 Avqust 2025