• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Su emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı

CƏMİYYƏT

20 Avqust 2025 | 13:22

Su emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırıldı

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən içməli su istehsalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əzizov Bəylər Abas oğluna məxsus müəssisədə 19 litrlik sudan nümunə götürülüb.

Məlum olub ki, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmayıb, havalandırma sistemi quraşdırılmayıb, həmçinin müvafiq təmizlik işləri görülməyib. Bundan başqa, sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar aşkarlanıb.

Müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR