“Əgər biz həqiqətən zorakılığa qarşıyıqsa, cins fərqini önə çıxarmalı deyilik. Həm kişi, həm qadın zorakılıq qurbanı ola bilər - hər ikisinə qarşı bərabər həssaslıq göstərilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın, vəUşaq Problemləri üzrə Dövlər Komitəsinin mətbuat katibii Teymur Mərdanoğlu "Bakıda qadın 27 yaşlı ərini döyüb" başlıqlı yazıya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qadın kişini döyəndə xəbər olur, amma kişi qadını döyəndə “adi hadisə” kimi qəbul edilir:
“Halbuki zorakılıq zorakılıqdır - fərqi yoxdur, kim törədir”.
T.Mərdanoğlu qeyd edib ki, o da bir reallığdır ki, qadının kişiyə güc tətbiq etməsi çox nadir haldır, amma sanki sensasiya kimi təqdim olunur. Dediyinə görə, halbuki qadına qarşı zorakılıq gündəlik hadisədir və çox vaxt xəbərə çevrilmir.
“Bir daha qeyd edirəm, əsl problem zorakılığın kim tərəfindən törədilməsində yox, zorakılığın özündədir. Gəlin, zorakılığa qarşı bir olaq,zorakılığa yox deyək”, - deyə Teymur Mərdanoğlu bildirib.
Murad Məmmədli