• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib

DÜNYA

20 Avqust 2025 | 11:46

Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sağlamlıq vəziyyəti yoxlanıldıqdan, təhlükəsizlik qaydaları ilə tanışlıqdan və aviasiya vasitələrinə nəzarət baxışı keçirdikdən sonra uçuş heyətləri təlim-məşq uçuşları üzrə tapşırıqların icrasına başlayıblar.

Plana uyğun olaraq gənc pilotlar qalxma, enmə, müəyyən edilmiş marşrutlar üzrə fərdi və aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj elementlərinin icrası və digər uçuş tapşırıqlarını uğurla yerinə yetiriblər.

Hərbi pilotlarımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən təlim uçuşları zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.


SON XƏBƏRLƏR

19 Avqust 2025