Xəbər verdiyimiz kimi, yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nisanov Moskvada oğluna toy edib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanla Rusiya arasındakı qarşıdurma dövrünə təsadüf edən toyda gözlənildiyi kimi yüksək vəzifəli şəxslər iştirak etməyib.
Baxmayaraq ki, Qod Nisanovun Azərbaycanın bir neçə naziri və vəzifəli şəxsləri ilə dostluq münasibətləri olub.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, toya azərbaycanlı məşhurlarından yalnız iş adamı İlham Rəhimov qatılıb.
Bundan başqa, DİN-nin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi, general-mayor Novruz Novruzov da toya gedənlər arasında olub.