• Bakı 25° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Azərbaycan və Aİ yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar

SİYASƏT

19 Sentyabr 2025 | 09:50

Azərbaycan və Aİ yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar

Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda - red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - M.Kos yazıb.

 


SON XƏBƏRLƏR

18 Sentyabr 2025