Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.
Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, avqustun 20-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.
Məlumata görə, işlər başa çatanadək ümumilikdə 3 min 500 abonentin qaz təchizatı dayandırılacaq.