• Bakı 25° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

“Putinə etibar etmək olmaz” - Kallas

DÜNYA

19 Avqust 2025 | 23:55

“Putinə etibar etmək olmaz” - Kallas

Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin vədlərinə inanmamağa səsləyən bəyanatla çıxış edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Başlanmış danışıqlar prosesinə baxmayaraq, Avropa İttifaqı ukraynalı əsgərlərə təlim keçməyə və hərbi yardım göstərməyə davam edəcək”, - deyə Kallas söz verib.

Aİ diplomatiyasının rəhbəri Rusiyanın Ukraynadakı nizamlanma ilə bağlı vədlərinə inanmamağa çağırıb. 

“Putinə heç bir vəd və ya öhdəliyi yerinə yetirmək üçün etibar etmək olmaz”, - deyə Kallas əlavə edib. 

Onun sözlərinə görə, Rusiyanın “təkrar hücumundan” qaçmaq üçün Ukrayna üçün təhlükəsizlik zəmanətləri “güclü və etibarlı” olmalıdır.

Bu zəmanətləri təmin etmək üçün isə Aİ-nin Ukrayna Silahlı Qüvvələrini və onun müdafiə sənayesini gücləndirəcəyini söyləyib.


SON XƏBƏRLƏR

19 Avqust 2025