• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp yenə Ermənistana “Albaniya” dedi

DÜNYA

18 Sentyabr 2025 | 21:50 | Müəllif: Subhan Mahmudov

Tramp yenə Ermənistana “Albaniya” dedi

ABŞ Prezidenti Donald Tramp yenidən Ermənistanı “Albaniya” adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında danışıb.

“Sadəcə təsəvvür edin ki, biz Azərbaycan və Albaniya məsələsini həll etdik. Bu, illər çəkmişdi. Əslində heç vaxt həll olunmazdı”, – deyə Tramp bildirib.

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Trampın bu ifadələrini şərh edib. O, ABŞ Prezidentinin səhvini artıq düzəltdiyini bildirib:

“Hər bir ölkə rəhbəri səhvini düzəldir, ABŞ Prezidenti də bunu artıq "X"də paylaşdığı qeydlə edib”, – deyə Paşinyan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026