• Bakı 17° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

İrəvanda Samvel Karapetyana görə mitinq keçirilir

DÜNYA

18 Oktyabr 2025 | 19:00

İrəvanda Samvel Karapetyana görə mitinq keçirilir

İrəvanın Azadlıq meydanında “Öz yolu ilə” hərəkatının təşkilatçılığı ilə biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə mitinq keçirilir.

Bakıvaxtı.az “Hraparak”a istinadən xəbər verir ki, aksiyaya səbəb iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması və Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi saxlanması olub.

Etiraz aksiyasında ictimai və siyasi xadimlərlə yanaşı, din xadimləri də iştirak ediblər. Mitinqə “Müqəddəs mübarizə” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları da qatılıblar.


SON XƏBƏRLƏR