• Bakı 25° C

    8.88 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Çempionlar Liqası:  "Qarabağ" "Ferentsvaroş"a qalib gəldi - YENİLƏNİB

İDMAN

20 Avqust 2025 | 00:58

Çempionlar Liqası:  Qarabağ Ferentsvaroşa qalib gəldi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.


***
00:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

***
00:30

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

***

00:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

***

19.08.2025

23:57

 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:40

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Qroupama Arena" stadionunda keçirilən matçda meydan sahibləri hesabı açıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşması "Qroupama Arena" stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.


SON XƏBƏRLƏR

19 Avqust 2025