Qobustanda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəşad Cəsarət oğlu Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Osmanov Niyaməddin Şayəddin oğlu isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.